24 
İyn
2021
21:22
252
31
2878
Virtual karabakh

Azərbaycan neftçilərinin hünər tarixi “Bakının qəhrəmanlığı” filmində - VİDEO

24 İyn, 2021
21:22
2878

Azərbaycan neftçilərinin hünər tarixi “Bakının qəhrəmanlığı” filmində - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskva-Bakı” portalı 22 iyun xatirə günü münasibətilə Azərbaycan neftçilərinin faşizm üzərində Qələbəyə verdikləri töhfələrdən bəhs edən “Bakının qəhrəmanlığı” sənədli filmini hazırlayıb.

Filmdə bildirilir ki, İkinci Dünya Müharibəsi illərində, əsas hərbi əməliyyatlar səhnəsindən uzaq olmasına baxmayaraq, Bakı müharibənin bütün ağrı və acısını yaşadı. Ölkəmiz var gücünü düşmənə qarşı mübarizəyə yönəltdi.

Azərbaycan Sovet Sosialist Respublikası 22 iyun 1941-ci ildə bütün Sovet İttifaqı ilə birlikdə Böyük Vətən müharibəsinə başladı. Alman komandanlığı Bakının neft yataqlarına xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, Qafqaz uğrunda döyüşlərin başlıca vəzifəsi kimi Bakı və şəhərin neft-qaz yataqları üzərində nəzarəti ələ keçirmək göstərilirdi.

1941-ci il məlumatlarına əsasən, cəmi 3,4 milyon nəfər əhalisi olan Azərbaycan SSR-dən cəbhəyə 10.000-i qadın olmaqla 681.000 nəfər çağırıldı ki, onların da 300 mini döyüş meydanlarında həlak oldu. Azərbaycandakı hərbi hissələrdə cəbhə üçün 15.000 tibb bacısı, 750 rabitəçi və 3000 sürücü hazırlandı.

Həmçinin, Azərbaycan SSR ərazisində 87 batalyon və 1123 özünümüdafiə dəstəsi, eləcə də 5 atıcı bölmə yaradıldı. Bununla yanaşı, Qırmızı Ordunun 8-ci diviziyasının əhəmiyyətli hissəsini də məhz azərbaycanlılar təşkil edirdi.

İkinci Dünya Müharibəsinin 1418 günü ərzində gecə-gündüz Bakı neftçiləri dayanmadan işləyirdilər. Onlar ön cəbhəni yanacaqla təmin etmək üçün arxa cəbhədə əsl fədakarlıq göstərirdilər.

Bu inanılmazı gerçəkləşdirənləri görmək üçün “Moskva-Bakı”nın çəkiliş qrupu  paytaxtımıza gəlib. Filmdə dünya neft sənayesinin beşiyi sayılan yerləri görəcək, Azərbaycanın bu illəri necə yaşadığını xatırlayan Böyük Vətən müharibəsi şahidlərinin səmimi hekayələrini eşidəcəksiniz. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri