26 
İyn
2021
13:38
379
11
2312
Virtual karabakh

Cəlal Qurbanov: “Azərbaycanı 30 ildir həsrətində olduğu torpaqlarına qovuşduran Müzəffər Ordumuzun bayramıdır”

26 İyn, 2021
13:38
2312

Cəlal Qurbanov: “Azərbaycanı 30 ildir həsrətində olduğu torpaqlarına qovuşduran Müzəffər Ordumuzun bayramıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün xüsusi bir gündür. Bu gün Azərbaycan Silahlı Qüvvələr Günüdür. Azərbaycanı 30 ildir həsrətində olduğu torpaqlarına qovuşduran Müzəffər Ordumuzun bayramıdır. “MƏNİM ATAM QƏHRƏMANDIR!” tədbirinin məhz bu gündə keçirilməsi də təsadüfi deyil. Çünki bu tədbirin iştirakçıları Vətən uğrunda canından keçmiş qəhrəmanların övladlarıdır”.

Bu sözləri Azərbaycan Milli Güləş Federasiyasının prezidenti Cəlal Qurbanov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Milli Güləş Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının və Müdafiə Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün keçirilən “Mənim atam qəhrəmandır” adlı idman tədbirində deyib.

Milli Güləş Federasiyasının prezidenti qeyd edib ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən əziz şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, eləcə də uşaqları idmanla bağlı maarifləndirməkdir:

“Şəhidlər -  şərəf, qeyrət, ucalıq zirvəsidir. 

Şəhidlər - həyatlarının hər kəsə nümunə olacağı igidlərdir. Amma bir şeyi unutmayın ki, siz bu möhtəşəm bayrağı Qarabağ torpaqlarında ucaldan qəhrəman igidlərin övladlarısınız.

Siz bununla fəxr etməli, qürur duymalısınız.

Yenə də deyirəm, siz heç vaxt başınızı aşağı əyməyin. Başınızı hər zaman dik tutun. Siz qəhrəmanların övladlarısınız. Əksinə, hər kəs sizin qarşınızda baş əyməlidir ki, məhz sizin atalarınızın sayəsində bütün dünyada artıq başımız dik gəzə bilirik! Ali Baş Komandan, Prezident İlham Əliyevin, müqəddəs şəhidlərimizin, qorxmaz qazilərimizin, cəsur əsgərlərimizin sayəsində qalib ölkənin məğrur vətəndaşıyıq artıq! Azərbaycan sizin atalarınız kimi qəhrəmanların sayəsində, o qəhrəmanların ağıllı, vüqarlı övladları var olduqca daim yaşayacaq!”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri