29 
İyn
2021
12:32
12
182
4344
Virtual karabakh

İlan sancan şəxslərin sayı AÇIQLANDI - RƏSMİ

29 İyn, 2021
12:32
4344

İlan sancan şəxslərin sayı AÇIQLANDI - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cari ay ərzində müraciətlərin çoxu ilan sancmaları ilə bağlıdır. Təkcə bu ay ərzində 16 nəfər ilan sancması ilə müraciət edib ki, onlardan da dörd nəfəri azyaşlıdır”.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, iyunun 1-dən bu günə qədər Bakıətrafı kəndlərlə yanaşı, regionlardan da ilan sancması ilə bağlı müraciətlər çox olub:

“Həkimlərimiz dörd dəfə qruplar halında rayonlara; Qəbələ, Tovuz, Qazaxa gedərək vətəndaşlara xidmət göstəriblər. İlan sancması ilə ağır vəziyyətə olan xəstələr olub ki, onlar həkim nəzarəti altında 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə gətiriblər.

Bununla yanaşı müraciətlər arasında dörd nəfər sirkə turşusundan zəhərlənmə ilə müraciət edib. Hazırda vəziyyətləri ağırdır. 12 nəfər allergik reaksiya ilə müraciət edib ki, onların da iki nəfəri azyaşlıdır. Daha 17 nəfər isə dərman zəhərlənməsi ilə müraciət edib. Cari ay ərzində müraciət edənlər arasında ölüm halı olmayıb”.

A.Maqsudov gürzə sancmasının daha çox Aran rayonlarından, Bərdə, Yevlax, Qəbələ, Qazax, Şamaxı, Şirvan, Hacıqabul rayonlarında çoxluq təşkil etdiyini qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri