29 
İyn
2021
17:16
182
40
3042
Virtual karabakh

Poroşenkonun şokolad firmasının məhsulu Azərbaycanda yararsız çıxdı

29 İyn, 2021
17:16
3042

Poroşenkonun şokolad firmasının məhsulu Azərbaycanda yararsız çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdxal olunan karamel məhsulunun istehlak üçün yararsız olduğu aşkar olunub.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Ukraynada istehsal olunan və “Azroşen” MMC tərəfindən ölkəmizə idxal edilən “Roshen” əmtəə nişanlı karamel məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında aparılan müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 8.3 ton karamel məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

Qeyd edək ki, “Roshen” firması Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkoya məxsusdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri