İyl
2021
17:39
79
243
4650
Virtual karabakh

Bakıda çimərliyə gedən yolda tullantılar təmizləndi - YENİLƏNİB + VİDEO

5 İyl, 2021
17:39
4650

Bakıda çimərliyə gedən yolda tullantılar təmizləndi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonu Mərdəkan qəsəbəsində çimərliyə yaxın sahəyə məişət tullantılarının atılması barədə sosial şəbəkələrdə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ərazi Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Xəzər rayon MKTB-yə məcburi göstəriş verilib.

14:28

Vaxtaşırı zibillərin qalaqlanması ilə bağlı problemləri gündəmə gətiririk. Növbəti görüntülər Bakının Mərdəkan qəsəbəsindəndir. 

Oxu.Az xəbər verir ki, videonu tanınmış aktyor, Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Görüntülərin Mərdəkanda “Mayak” çimərliyinə gedən yolda çəkildiyi aydın sezilir.

Aktyor videoya yeganə şərh olaraq “Auu” yazıb ki, bunu da həm zibil tökənlərə, həm də təmizliyə nəzarət edən aidiyyəti qurumlara ismarıc kimi qiymətləndirmək olar. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri