İyl
2021
15:10
13
287
5041
Virtual karabakh

Qubada 10-cu sinif şagirdinin intiharının TƏFƏRRÜATI

5 İyl, 2021
15:10
5041

Qubada 10-cu sinif şagirdinin intiharının TƏFƏRRÜATI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada 10-cu sinif şagirdi intihar edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Tüləkəran kəndində baş verib. 

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü R.Həmidov ötən gecə saat 22:00 radələrində kənd ərazisində spirtli içki qəbul edib. 

Atasının əsəbləşəcəyindən ehtiyat edən yeniyetmə spirtli içkinin təsiri altında qorxaraq Aşağı Tüləkan kəndi ərazisində yaşadığı evin həyətindəki tövlənin talvarında özünü iplə asaraq intihar edib.

Aidiyyəti üzrə meyitə baxış keçirilib və hər hansı digər xəsarət izi aşkarlanmayıb. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri