İyl
2021
18:18
161
12
1259
Virtual karabakh

Nantdakı “Qarabağ” məktəbinin şagirdlərinə Oxçuçay fəlakətindən danışılıb

5 İyl, 2021
18:18
1259

Nantdakı “Qarabağ” məktəbinin şagirdlərinə Oxçuçay fəlakətindən danışılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində Oxçuçayın çirkləndirilməsi mövzusunda dərs keçirilib. 

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, dərs zamanı şagirdlərə ekoloji fəlakətlərin yaranma səbəbləri, ətraf mühitin qorunmasının zəruriliyi, Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən çirkləndirilməsi barədə ətraflı məlumat verilib. Belə ekocinayətlərin təbiətə böyük ziyan vurduğu və insanların sağlamlığına təhlükə yaratdığı nəzərə çatdırılıb.

Şagirdlər Fransa ictimaiyyətinə müraciət edərək, Oxçuçay fəlakətinə göz yümmamağa və ətraf mühitin gorunması üçün zəruri addımları atmağa çağırış ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri