İyl
2021
19:00
17
274
2423
Virtual karabakh

Firdovsi Əliyev: “Ola bilər ki, yerli əməkdaşlarımızın məsuliyyətsizliyinə görə, orada bir neçə ağac kəsilsin”

5 İyl, 2021
19:00
2423

Firdovsi Əliyev: “Ola bilər ki, yerli əməkdaşlarımızın məsuliyyətsizliyinə görə, orada bir neçə ağac kəsilsin”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lənkəranda “Beta” şirkətinin icarəsinə verilən ərazidə monitorinqlərin aparılması məqsədilə işlər hələlik dayandırılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, hazırda ərazi təftiş olunur:

“Ola bilər ki, yerli əməkdaşlarımızın məsuliyyətsizliyinə görə, orada bir neçə ağac kəsilsin. Bununla bağlı hazırda araşdırma aparılır. Azərbaycanda çay yalnız cənub bölgəsində yetişdirilir. Çayın məskəni Lənkəran olduğundan burada da bölgəyə uyğun çay bağının salınması prioritetdir, çay plantasiyasının salınması çox önəmlidir. Ona görə də Lənkərandakı meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağı Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı üçün qanunauyğun şəkildə icarəyə verilib. Sahibkara da hər bir ağacın prioritet olduğu bildirilib”.

F.Əliyev qeyd edib ki, sözügedən ərazidə əvvəllər yerli camaatın qanunsuz tikdiyi tövlələr olub və mal-qara otarılıb:

“Tərəfimizdən tövlələr sökülüb və mal-qara ərazidən çıxarılıb. Bilirsiniz ki, meşəyə ən böyük zərəri mal-qaranın otarılması vurur.

Aqrobağların salındığı geniş ərazidə bəzən qurumuş və ya inkişafdan qalmış iki-üç ağac götürülə və kol-kos çıxarıla bilər. Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənib. Aqrobağın yaradılması, eyni zamanda çayçılığın inkişafı mikroiqlimin formalaşmasında önəmli rol oynayır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri