İyl
2021
19:32
88
18
1188
Virtual karabakh

40 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

5 İyl, 2021
19:32
1188

40 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyulun 2-də qida məhsulları sahəsində fəaliyyət göstərən 40 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Oxu.Az-a verilən məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri