İyl
2021
21:00
181
97
1734
Virtual karabakh

Azərbaycanın mədəniyyət naziri sabah Gürcüstana səfər edəcək

5 İyl, 2021
21:00
1734

Azərbaycanın mədəniyyət naziri sabah Gürcüstana səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov sabah Gürcüstana səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək.

Görüşdə iki ölkə arasında mədəni əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Nazir səfər çərçivəsində Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi, Nəriman Nərimanovun xatirə muzeyi və digər mədəniyyət ocaqlarına baş çəkəcək.

A.Kərimovun Gürcüstanın azərbaycanlı mədəniyyət xadimləri ilə görüşü də planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri