İyl
2021
10:30
36
12
1543
Virtual karabakh

21-ci əsrin təhsil təcrübəsi - “BeUstad” Təhsil Mərkəzi yepyeni layihəyə start verib

6 İyl, 2021
10:30
1543

21-ci əsrin təhsil təcrübəsi - “BeUstad” Təhsil Mərkəzi yepyeni layihəyə start verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələcəyin inkişaf sektoruna aid önəmli təcrübə sahələri üzrə mütəxəssis yetişdirən “BeUstad” Təhsil Mərkəzi tələbə və yeni məzun olmuş şəxslərin yay tətilini səmərəli şəkildə keçirməsi məqsədilə tanınmış mütəxəssislərin iştirak və dəstəyi ilə yeni layihəyə start verib. Bu layihəyə əsasən, mərkəzin tərkibində fəaliyyətə başlayan yay məktəbində karyera, biznes, idarəçilik, tur bələdçiliyi və moda istiqamətləri üzrə təlimlər keçiriləcək. Təlimlərdə iştirak etmək üçün qeydiyyat isə artıq başlayıb.

2 həftə ərzində hər gün 3-4 saat olmaqla təşkil olunan hər bir proqram burada intensiv şəkildə tədris edilir. Bütün təlimlər tam praktikidir. Dərslər peşəkar təlimçi və müəllimlər tərəfindən həm ofisdə, həm də ölkənin qabaqcıl şirkətlərində keçirilir.

“BeUstad” Təhsil Mərkəzi müxtəlif sahələrdə (dizayn, turizm, kulinariya, ümumi media və aparıcılıq, idman jurnalistikası, iqtisadiyyat, karyera planlaması, layihə menecmenti, sinif menecmenti, satış texnikaları, təqdimat bacarıqları, taym-menecment və s.) yüksək səviyyəli tədris həyata keçirir. Tədris həm yerli, həm də xarici müəllim və mentor tərəfindən bir neçə aylıq proqram çərçivəsində və yaxud qısamüddətli tədbirlər (master-klass/vörkşop/təlim/seminar) şəklində aparılır. Həmçinin tədris zamanı geymifikasiya elementlərindən geniş şəkildə istifadə olunur. İxtisasyönümlü biliklərdən əlavə bəzi avadanlıqlardan istifadə olunması təlim prosesini daha maraqlı edir.

“BeUstad” Təhsil Mərkəzinin əsas məqsədi qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan “BeUstad” Təhsil Mərkəzi bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Qeyd edək ki, “BeUstad” Təhsil Mərkəzinin əsasını 18-26 yaş arası gənclər qrupu təşkil etsə də, burada heç bir yaş məhdudiyyəti yoxdur. Sözügedən tədris proqramlarına qoşulmaq istəyənlər beustad.com saytına daxil olaraq, müraciət anketini doldura bilərlər. Həmçinin (051) 561 49 45 nömrəsi ilə əlaqə saxlayaraq və mərkəzin sosial şəbəkələrdəki rəsmi hesablarına mesaj yollayaraq da qeydiyyatdan keçmək mümkündür. 

“Facebook”

“Instagram” (@beustad)

Könül Əlibəyli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri