İyl
2021
15:32
141
18
2110
Virtual karabakh

İsveçdəki səfirimiz ölkəmizin AVRO-2020 oyunlarına ev sahibliyinə kölgə salmağa çalışanları ifşa edib

6 İyl, 2021
15:32
2110

İsveçdəki səfirimiz ölkəmizin AVRO-2020 oyunlarına ev sahibliyinə kölgə salmağa çalışanları ifşa edib

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov ölkəmizin AVRO-2020-nin oyunlarına ev sahibliyi etməsinə kölgə salmağa çalışanları ifşa edib.

AZƏRTAC xəbər verir ki, İsveçin ən nüfuzlu gündəlik “Svenska Dagblaget” qəzeti ölkəmizə qarşı qərəzli mövqenin əks olunduğu “Futbol üzrə Avropa çempionatının dörddəbir finalı təbliğat mənzərəsinin tərkib hissəsidir” sərlövhəli qərəzli məqaləyə Azərbaycan səfiri Zaur Əhmədovun cavab yazısını dərc edib.

Avropanın dırnaqarası demokratiyalarının 10 milyonluq Azərbaycan xalqının guya Avropanın böyük idman turnirinə ev sahibliyi etmək hüququna layiq olmaması ilə bağlı iftiraları ilə üzləşməkdən təəssüfünü bildirən Zaur Əhmədov ölkəmizə qarşı növbəti əsassız ittihamlarla dolu belə yazılarda yol verilən ayrı-seçkiliyin qəbuledilməz olduğunu bildirib.

“Ayrı-seçkilik xarakteri daşıyan əvvəlki yazı Azərbaycanın UEFA-nın üzvü olması, onun milli komandasının və klublarının qurumun himayəsi altında keçirilən müxtəlif yarışlarda müntəzəm çıxış etdiyini nəzərə almır. Məsələn, Azərbaycanın “Qarabağ” futbol klubu son 7 ildə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində çıxış edib. İdman təsisatı olaraq UEFA-nın bəzi Avropa dairələrinin sırf siyasi və islamofob münasibətini nəzərə almaması tam normaldır”, - deyə məqalədə bildirilir.

Qeyd olunur ki, Azərbaycana qarşı qərəzli ifadələrin istifadəsinə heç bir halda bəraət qazandırıla bilməz. Belə ifadələrin işlədilməsi, habelə dünyanın gündən-günə daha çox ehtiyac duyduğu mədəniyyət və dinlər arasında dialoqun təşviqi ilə bağlı xalqların ümumi məqsədlərinə xidmət etmir.

Sonda səfir Zaur Əhmədov diqqətə çatdırır ki, Avropanın idman və mədəni tədbirlərinin təşkilində iştirak heç bir halda təbliğat kimi qiymətləndirilə bilməz. Heç kəs unutmamalıdır ki, belə tədbirlərin əksəriyyəti məhz Avropa İttifaqı ölkələrində keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri