İyl
2021
17:36
295
43
1787
Virtual karabakh

“Özünü demokratik ölkə sayan Almaniya ekoloji cinayətlərə yol verməməli, çağırışları dəyərləndirməlidir” - RƏY

6 İyl, 2021
17:36
1787

“Özünü demokratik ölkə sayan Almaniya ekoloji cinayətlərə yol verməməli, çağırışları dəyərləndirməlidir” - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra biz görürük ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə də qarşı düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, ən təhlükəli məqamlardan biri də budur ki, su mənbələri də çirkləndirilib, radioaktiv tullantılar sulara axıdılıb: “Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə aparılan monitorinqlə bağlı ətraflı məlumat yaydı. Monitorinqin nəticələrindən də göründüyü kimi, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu suların təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir”.

Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur: “Ermənistanda dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkəti yaxından iştirak edib. Bununla əlaqədar olaraq Azərbaycan cəmiyyətində dərin narahatlıq yaranıb. Cəmiyyətimizin müxtəlif təbəqələri, dövlət qurumları, QHT-lər, o cümlədən media problemlə bağlı Almaniya tərəfinə müraciət edib. Lakin qarşı tərəfdən məsələ ilə bağlı lazımi cavab verilmir.

Əksinə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil edib. Bu, həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdidir. Hesab edirəm ki, bu cür yanaşma yolverilməzdir. Özünü demokratik ölkə sayan Almaniya ekoloji cinayətlərə yol verməməli, bu yöndə edilən çağırışları dəyərləndirməlidir. Əslində, biz ötən illər ərzində Almaniya mediasının Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak etdiyinin şahidi olmuşuq. Bütün bu faktlar Almaniyada müəyyən dairələrin ölkəmizə qarşı qərəzinin nümunəsidir. Ekoloji terrorda, yəni Oxçuçayın çirkləndilməsində iştirak edən Almaniya şirkətlərinə gəlincə, düşünürəm ki, Avropanın sağlam düşüncəli cəmiyyətləri, təbiətin və ekologiyanın qorunması profilli təşkilatlar Azərbaycan cəmiyyətinin çağırışlarına qoşulmalı, CRONIMET Holding GmbH şirkətinə etiraz etməlidir. Bu istiqamətdə bütün mümkün hüquqi addımlar atılmalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri