İyl
2021
13:32
253
7
2760
Virtual karabakh

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılışı olub - FOTO

7 İyl, 2021
13:32
2760

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılışı olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin N saylı hərbi hissəsində Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimi keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluq­çu­la­rın xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış qranit abidə lövhə­sin­də Vətən müharibəsində şəhid olmuş qəhrəman sərhədçilərin fotoşəkil­ləri və adları həkk olunub, Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, iştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin ruhuna ehtiramlarını ifadə edib, abidə lövhəsinin önünə əklil və gül dəstələri düzüblər.

Tədbirin sonunda Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri