İyl
2021
14:04
35
105
3649
Virtual karabakh

Yol polisindən hərəkət iştirakçılarına XƏBƏRDARLIQ

8 İyl, 2021
14:04
3649

Yol polisindən hərəkət iştirakçılarına XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin sayının azalması üçün sürücüləri və piyadaları diqqətli olmağa çağırırıq”.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, Bakı şəhər üzrə qeydə alınan yol nəqliyyat hadisələri ciddi narahatlıq doğurur:

“Qeydə alınan qəzalar, xüsusilə piyadaların vurulması faktları və onların ağırlıq dərəcələri cəmiyyətlə birlikdə polis əməkdaşlarını da narahat edir. Son bir neçə il ərzində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər öz müsbət nəticəsini verir. Artıq bütün parametrlər üzrə təhlükəsizlik səviyyəsinin artırılmasına nail olunub. Buna baxmayaraq hələ də piyada vurma halları ümumi hadisələrin 50 %-ni təşkil edir. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi səbəbindən hər il çoxsaylı yol nəqliyyat hadisələri baş verir. Qeydə alınan ağır yol nəqliyyat hadisələri insan tələfatı ilə nəticələnir.

Piyada vurma hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər görülür. Polis əməkdaşları vətəndaşları daha diqqətli olmalağa çağırır. Piyadalar hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsünün onları gördüyünə əmin olduqdan və yol verəcəyini bildirdikdən sonra yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməlidirlər.

Əks halda piyadaların vurulması hadisəsi baş verir ki, bu da bədbəxt hadisələrə yol açır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri