İyl
2021
10:04
114
179
10080
Virtual karabakh

Yeni “Land Cruiser” Azərbaycanda: Bizi hansı sürprizlər gözləyir? – FOTO

İyunun əvvəlində “Toyota” “Land Cruiser” modelinin 300 seriyasını təqdim etdi. Bu versiya ilə “Land Cruiser”in etibarlılıq, davamlılıq və yolsuzluq performansı kimi mahiyyətləri gücləndirildi.

Bu gün media nümayəndələri üçün yeni “Land Cruiser” ilə tanışlıq tədbiri keçirilib. Tədbir zamanı “Toyota Qafqaz” şirkətinin nümayəndəsi Sabir Kazımzadə jurnalistlərə yeni seriyanın üstünlükləri və yenilikləri ilə bağlı məlumat verib. Avtomobilin yeni keyfiyyətlərinə nəzər salsaq, oxucularımız üçün daha maraqlı olacağını düşünürəm.

Yeni “Land Cruiser” ilə tanışlıq

70 ili əhatə edən nailiyyət mirası, 170 ölkə və regionda 10 milyondan çox satışı ilə “Toyota Land Cruiser”in bir avtomobil əfsanəsi olduğu hər kəsin qəbul etdiyi bir faktdır. “İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” “Toyota”nın qürurla təkrar etdiyi şüardır. 

“Land Cruiser” (300 Seriyası) 2007-ci ildə LC200 buraxılışından sonra tanıdılan ilk yeni “Land Cruiser SW” modelidir, həm də yolsuzluq (SUV) seriyasının yeni flaqmanıdır. Ona gətirilən dəyişikliklərin keçmişdə bənzəri yoxdur.

Mühərriklər, transmissiya və platformanın hamısı yenidir: həm yolda, həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanıb. İnnovasiyalar və yaxşılaşdırmalar (buna birinci sinif texnologiyalar daxildir) “Land Cruiser”in gücünü heç bir şəkildə azaltmadan, yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir.

“Toyota” bu hədəfi nəzərə alaraq, ilk gövdədə-korpus vasitə üçün dizayn edilmiş yeni bir TNGA (Toyota New Global Architecture) platformasından birinci dəfə istifadə edir. GA-F platforması, fövqəladə yolsuzluq qabiliyyətini qoruyarkən, gövdənin sərtliyi, gücü və dinamik tarazlığı baxımından yeni faydalar gətirir və yolda da daha yaxşı performans göstərməyə kömək edir. Yeni texnologiyaların tətbiqi çəkinin azaldılması, avtomobilin ağırlıq mərkəzinin aşağı salınması, təhlükəsizliyin yaxşılaşdırılması və eksteryer ilə interyer üçün yeni dizaynların hazırlanmasına zəmin yaradır.

Korpus, çəkini azaltmaq və möhkəmliyi artırmaq üçün yenidən dizayn edilib: ümumiyyətlə yeni “Land Cruiser” əvvəlkindən 200 kiloqram yüngüldür. Yeni asqı sistemləri tətbiq olunub: performans sərt “Dakar Ralli” təcrübəsi olan və digər usta sürücülər tərəfindən son həddə qədər sınaqdan keçirilib. Məqsəd yalnız yüksək qabiliyyətli deyil, eyni zamanda sürücünün yolda və yolsuzluq şəraitində idarəsini asanlaşdıran bir SUV yaratmaq idi. 

Fokus sahələri təkərlərin optimal balanslaşdırılmasına nail olmaq üçün asqı performansının tənzimlənməsi, təkərlərin zəminlə təmasda qalması və dünyada bir ilk olan Elektron Kinetik Dinamik Asqı Sistemi ilə yol tutuşunu yaxşılaşdırmaqdır. Yeni LC300, sürücünü dərhal avtomobilin ətrafının və təkərlərin mövqeyini əhatə edən yol səthinin real vaxt görünüşü ilə təmin edən “3D Multi-Terrain Monitor” tətbiq edən ilk “Toyota”dır. “Multi-Terrain Select” sistemi sürücüyə ən uyğun sürüş rejimini səthin keyfiyyətini avtomatik olaraq qiymətləndirərək təqdim edir.

Sürücülük dinamikası və idarəetmə sahəsindəki irəliləyişlər yeni V6 qoşa turbo mühərriklər tərəfindən dəstəklənir (3,5 litrlik benzin və 3,3 litrlik dizel) və ənənəvi V8-dən daha yaxşı olaraq üst-sinif performans və rahat idarə üçün hazırlanıb. Yanacaq istehlakında azalma və CO2 tullantılarının mövcud nəsil model ilə müqayisədə 10 % azalmasına kömək edən 10 pilləli avtomatik transmissiya hər ikisində də mövcuddur.

Mühəndislik sahəsindəki irəliləyişlər, modelin irsinə və statusuna sadiq qalaraq həm yeni dizayna uyğun hala gətirilir, həm də yeni bir “funksional gözəllik” konsepsiyasını əks etdirir. Land Cruiser-in özünəməxsus, təmiz xətləri ilə yolsuzluq avtomobilinin (SUV-un) gücünü daha yüksək incəlik və kamilliklə əlaqələndirir. Kabin gedilən yol şəraitinin nə qədər sərt olmasından asılı olmayaraq sürücü və sərnişinləri rahat və təhlükəsiz hiss edə biləcəkləri daha yüksək səviyyədə həssaslıqla təmin edir. 

Avtomobilin konstruksiyasının özünəməxsus möhkəmliyindən və çətin şərtlərdə təhlükəsiz sürücülük üçün inkişaf etdirilmiş sistemlərindən tutmuş ikinci nəsil “Toyota Safety Sense” tərəfindən təmin edilən əlavə və təkmilləşdirilmiş aktiv təhlükəsizlik və sürücü yardım sistemlərinə qədər təhlükəsizlikdə əhəmiyyətli irəliləyişlər var. Qəza əleyhinə sistemin (Pre-Collision System) qəzadan qaçınmağa kömək etmə qabiliyyəti artırılıb. Yeni LC300 dayanacaqda yavaşca hərəkət edərkən və park yerində geri gedərkən, nəqliyyat vasitələrinə və piyadalara yaxınlaşarkən avtomobilin qarşısındakı və arxasındakı maneələri tanıyan yeni Park Dəstək Əyləci (Parking Support Brake) ilə təchiz edilib.

“Test drive” zamanı möhtəşəm və unudulmaz hisslər

Göründüyü kimi, bu avtomobilin təchizatının üstünlükləri həm təhlükəsizliyə, həm də rahatlığa zəmanət verir. Gözəl və cəlbedici interyerə malik olan avtomobili sınaqdan keçirmək üçün tədbirin “test drive” hissəsinə keçid aldıq. 

İlk olaraq LC200 modeli, daha sonra isə LC300 modeli ilə “test drive” keçirdik. Avtomobillər arasındakı fərq yalnız zahirdən deyil, elə avtomobilə ilk əyləşəndən diqqəti cəlb edir. Sükana nəzarətin rahatlığı, ani manevr qabiliyyəti, eyni zamanda funksionallıq ən arzuladığın avtomobilin məhz bu olduğunu qəbullanmağa imkan verir. 

LC300 seriyasının yolsuzluq avtomobili isə mənim üçün sözün yaxşı mənasında gözlənilməz oldu. Quraşdırılmış süni maneələri asanlıqla, bir göz qırpımında dəf edən avtomobil həqiqətən ən xoş sözlərə layiqdir. Ön hissəsində quraşdırılan kamera vasitəsilə avtomobili yoxuşda hərəkət etdirən zaman qarşı tərəfi görmək mümkündür. Eyni zamanda quraşdırılmış yeni funksiya avtomobilə keçilməz, daşlı, çuxurlu yerləri asanlıqla dəf etməyə imkan verir. 

Avtomobili idarə edən zaman bütün bu üstünlükləri görmək mümkündür. Yeni modelin satışının başlanğıc tarixi 2021-ci ilin iyul ayı üçün nəzərdə tutulur.

“Land Cruiser”in İrsi

“Land Cruiser” 70 ildir etibarlı və təhlükəsiz bir performans təqdim etməklə qürurverici bir tarixə sahibdir. Onun tarixi Fuji dağının yamaclarındakı altıncı nəzarət nöqtəsinə qalxan ilk vasitə olaraq çətin şərtlərlə mübarizə qabiliyyətini nümayiş etdirən, 1951-ci il orijinal “Toyota BJ” modelinə gedib çatır. Gücünü sübut edərək Yaponiyada bir polis patrul maşını olaraq da istifadə edildi.

Bu, “Land Cruiser”in etibarlı və təhlükəsiz performans təmin etmək ənənəsinin başlanğıcı idi: “Toyota”nın bu gün mobillik şirkəti statusunun əsası sayıla biləcək bir ənənə. “Land Cruiser”in yüksək etibarlılıq, dayanıqlılıq və yolsuzluq performansı üzərində qurulmuş şöhrəti qlobal toplam satışları ilə təqribən 10,4 milyona çatıb.

Bu keyfiyyətlər “Land Cruiser”i ucqar bölgələrdə yaşayan insanlar üçün əvəzolunmaz bir vasitə halına gətirib, humanitar yardım və fəlakətlərin aradan qaldırılmasında ilk müraciət edilən bir vasitə olaraq təchiz edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri