İyl
2021
15:40
13
117
1322
Virtual karabakh

FHN: “43 yanğına çıxış olub, dörd meyit aidiyyəti üzrə təhvil verilib” - VİDEO

9 İyl, 2021
15:40
1322

FHN: “43 yanğına çıxış olub, dörd meyit aidiyyəti üzrə təhvil verilib” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış, iki nəqliyyat qəzası və dörd halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla altı nəfər xilas edilib, yanğınlar zamanı bir nəfər xəsarət alıb, üç nəfərin meyiti isə avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri