İyl
2021
16:36
68
693
21230
Virtual karabakh

Son sutkada Azərbaycanda koronavirusa yoluxma kəskin artdı - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 336 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 668 nəfər müalicə olunaraq sağalıb, 4 982 nəfər vəfat edib, aktiv xəstə sayı 1 312 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 947, ötən müddət ərzində isə ümumilikdə 3 831 673 test aparılıb.

Qeyd edək ki, dünənki statistikada son sutka ərzində 104 nəfərdə koronavirusa yoluxma aşkarlanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri