12 
İyl
2021
12:34
192
22
3212
Virtual karabakh

Kürəyini Xankəndiyə yaslayıb, üzü Şuşaya verilən müsahibə - VİDEO

İşğaldan azad edilən ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işlər sürətlə davam etdirilir. “Azərişıq” ASC-nin hesabına artıq Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilib.

Bildirilir ki, hazırda Kəlbəcərdə davam etdirilən işlərin ardından Laçın şəhərinin də elektrik enerjisi ilə təchiz edilməsi təmin olunacaq.

Xatırladaq ki, hələ müharibənin getdiyi dövrdə “Azərişiq Qarabağda” layihəsi çərçivəsində Cəbrayıl rayonunun elektrik təminatı həyata keçirilib. Bunun ardınca isə Füzulinin Şükürbəyli stansiyasından Hadruta iki dövrəli xətlər çəkilib. 

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu azad edilmiş ərazilərdə aparılan işlərlə bağlı Şuşada Baku TV-yə müsahibə verib. 

Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri