12 
İyl
2021
20:28
75
587
14435
Virtual karabakh

Qadınlara qarşı əxlaqsız çağırış edən “Pantural” ləqəbli şəxs üzr istəyib

12 İyl, 2021
20:28
14435

Qadınlara qarşı əxlaqsız çağırış edən “Pantural” ləqəbli şəxs üzr istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pantural” ləqəbli Tural Səfərov polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb”.

Bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, öz səhvini etiraf edib: “Yaydığı həmin görüntüdən narazı qalan vətəndaşlardan üzr istəyib”.

Qeyd ki, dünən sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib. Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı “harada açıq-saçıq q****q gördüz, zorlayın” adlı çağırış edirəm”, - deyə şərh yazıb.

70 min izləyicisi olan bloqer daha sonra “Pantural üzr istədi” adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb.

Onu da qeyd edək ki, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, “KOMA” filminin müəllifidir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri