13 
İyl
2021
11:46
121
536
16265
Virtual karabakh

15 yaşlı qızını ərə verən valideynlər polisə çağırıldı - YENİLƏNİB + VİDEO

13 İyl, 2021
11:46
16265

15 yaşlı qızını ərə verən valideynlər polisə çağırıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər təsdiqini tapıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

Bildirilib ki, araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb: 

“Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb”.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

10:20

Şəkidə 15 yaşlı qız ailə qurub.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

İlkin məlumata görə, hadisə Şəkinin Dəhnə kəndində qeydə alınıb. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi qeyd edilib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri