15 
İyl
2021
01:15
51
194
2119
Virtual karabakh

Gəncədə yol polisi profilaktik tədbirlər həyata keçirib, sürücülər cərimələnib - FOTO

15 İyl, 2021
01:15
2119

Gəncədə yol polisi profilaktik tədbirlər həyata keçirib, sürücülər cərimələnib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata  keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 30 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri