15 
İyl
2021
15:24
324
46
4594
Virtual karabakh

Komitə daha bir erkən nikahın qarşısını aldı: 15 yaşlı qız evinə qaytarıldı - VİDEO

15 İyl, 2021
15:24
4594

Komitə daha bir erkən nikahın qarşısını aldı: 15 yaşlı qız evinə qaytarıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkidə ərə verilən 15 yaşlı qızı ailəsinə qaytarıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq komitədən bildirilib.

Məlumata görə, məsələ ilə əlaqədar qızın ailəsi ilə profilaktik söhbətlər aparılıb və o, ata evinə geri qaytarılıb.

Məsələ Şəki Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinin də nəzarətindədir.

Qeyd edək ki, proseslərə nəzarət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ilə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndələri ilə birlikdə aparılıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri