16 
İyl
2021
10:08
70
12
2048
Virtual karabakh

Bayram günlərində avtomobilləri texniki baxışdan keçirmək mümkün olacaq? - AÇIQLAMA

16 İyl, 2021
10:08
2048

Bayram günlərində avtomobilləri texniki baxışdan keçirmək mümkün olacaq? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobil sahibləri və sürücülər qarşıdan gələn bayram günləri ilə əlaqədar nəqliyyat vasitələrini texniki baxış şöbələrinin sürətləndirilmiş iş rejimində çalışmasından istifadə edərək, nəqliyyat vasitələrini texniki baxışdan keçirə bilərlər.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

O bildirib ki, Qurban bayramı ilə əlaqədar 2021-ci il iyul ayının 18-dən 22-dək qeyri-iş günləri olması, eyni zamanda bayram günlərində polisin gücləndirilmiş iş rejimində xidmət aparacaq:

“Bu günlərdə vətəndaşların asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həmin qeyri-iş günlərində də saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək. Avtomobil sahibləri və sürücülər fürsətdən istifadə edib nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri