16 
İyl
2021
13:04
58
477
13123
Virtual karabakh

Aşıq Namiq daha bir qadına qarşı seksual zorakılıqda ittiham olunur

16 İyl, 2021
13:04
13123

Aşıq Namiq daha bir qadına qarşı seksual zorakılıqda ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq mühafizə orqanlarına şikayət daxil olub.

“Report”un xəbərinə görə, şikayətçi E.R. (şərtidir) hüquq mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.

N.Fərhadoğlu açıqlamasında qeyd olunan şikayət üzrə polis şöbəsinə çağırıldığını və ifadə verdiyini təsdiqləyib.

Lakin o, barəsində edilən ittihamları qəbul etmədiyini, bunun yalan və şər olduğunu bildirib.

N.Fərhadoğlu onda kamera görüntülərinin olduğunu bildirərək bunları polisə təqdim edəcəyini deyib.

“Həmin qadın mənə deyib ki, tanışın çoxdur, oğlumu məktəbə düzəlt. Mən də ona demişəm ki, mənim orada tanışım yoxdur. Axı sən mənim əmimqızı deyilsən, dayımqızı deyilsən və real həyatda da səni tanımıram. Sən mənə de ki, oğluma saz öyrət, onu efirə çıxart və s. - bunları edə bilərəm. Başa düşmürəm, axı qadını niyə döyməliyəm? Qadını döyərlər heç? Bu, sadəcə olaraq bir tanış aşığın oyunudur. Hazırda polisdə araşdırma aparılır”, - aşıq Namiq Fərhadoğlu əlavə edib.

Qeyd edək ki, Aşıq Namiq adı daha çox qalmaqallarda hallanan sənət adamıdır. Bundan əvvəl də N.Fərhadoğlu barəsində hüquq mühafizə orqanlarına analoji şikayət edilmişdi. Belə ki, ötən ilin oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb. İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib. Məhkəmənin qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri