16 
İyl
2021
14:50
9
156
2157
Virtual karabakh

İmişlidə naməlum kişi meyiti tapılıb - FOTO

16 İyl, 2021
14:50
2157

İmişlidə naməlum kişi meyiti tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsinin fəaliyyət göstərdiyi ərazidə “Platina” adlanan Araz çayından ayrılan su qovşağında 60-70 yaşlarında naməlum kişi meyiti tapılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, onun ehtiyatsızlıqdan su qovşağına yıxılaraq boğulduğu ehtimal edilir.

Aşkar edilən meyit arıq bədən quruluşludur, boyu 171 santimetrdir. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 050-359-03-33; 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri