16 
İyl
2021
18:55
402
27
4998
Virtual karabakh

Əsgərləri üçün geyim dilənən ermənilər - VİDEO

16 İyl, 2021
18:55
4998

Əsgərləri üçün geyim dilənən ermənilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda yeni hökumət formalaşır, lakin daxili siyasət gərgin olaraq qalır. Bununla yanaşı, İkinci Qarabağ müharibəsindəki məğlubiyyət Ermənistanın döyüşə yararsız ordusunu da məhv etdi. İndi isə sərhəd bölgələrində olan erməni hərbçiləri baxımsız qalıblar. Bu səbəbdən ermənilər əsgərlərinə ən azı yağmurluq almaq üçün imkanı olanlardan pul dilənirlər. 

Erməni teleqram kanalları bank hesabı paylaşaraq belə yazır:

“Vardenisdəki hava şəraiti səbəbi ilə əsgərlərimiz yağmurluq göndərməyimiz üçün kömək istədilər. Çünki hamısı orada suyun içindədilər.Yəqin ki, birgə səylərimizlə hərbçilərimizə vəsait toplaya biləcəyik. Generatorlar və geyimlər artıq alınıb, lakin indi yağmurluqlara ciddi ehtiyac var”.

Erməni mediası həmçinin bildirib ki, “Ararat qartalları 30” erməni terrorçu kamikadze dəstəsinin müavini Yeprem Aşoti Marqaryan dəstədə üzvlüyünü dayandırıb və istefa verib, qərarını Ermənistanda hökm sürən ləyaqətsizliklə izah edib.

“İndi Ermənistanda şərəfsizlik və rəzillik hökm sürür. Uğrunda mübarizə aparacaq heç kim yoxdur. Qürur və ləyaqət qalmayıb” deyərək dəstəni tərk edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri