19 
İyl
2021
11:27
259
32
6277
Virtual karabakh

DTX-nın həbs etdiyi XİN vəzifəlilərinin ibtidai istintaqı başa çatıb - VİDEO

19 İyl, 2021
11:27
6277

DTX-nın həbs etdiyi XİN vəzifəlilərinin ibtidai istintaqı başa çatıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri Fərhad Mollazadə və idarənin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

XİN isə bu iş üzrə zərərçəkmiş tərəf kimi tanınıb. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Safura Əlizadə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşıdır.

Fərhad Mollazadə isə Azərbaycan Demokratik Partiyasının sədri, deputat Asim Mollazadənin əmisi oğludur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri