19 
İyl
2021
12:25
21
352
7832
Virtual karabakh

Azərbaycanda əmioğlular arasında qanlı dava: Ölən var - YENİLƏNİB

19 İyl, 2021
12:25
7832

Azərbaycanda əmioğlular arasında qanlı dava: Ölən var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 18-i saat 23:00 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əmisi oğlu 2003-cü il təvəllüdlü Ülvi Gərayzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb. 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başladılıb.

Ülvi Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda istintaq davam edir.

10:26

Ağdam rayonunda qohumlar arasında mübahisə olub.

Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Hadisə rayonun Mahrızlı kəndində baş verib.

Qohumlar arasında yaranmış dava zəminində Ülvi Gərayzadə əmisi oğlu Gəray Gərayevə səkkiz bıçaq zərbəsi vurub. O, xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri