19 
İyl
2021
13:07
31
556
21168
Virtual karabakh

İsmayıllıda toyda baş verən bıçaqlanmada polis də iştirak edib? - YENİLƏNİB + RƏSMİ

19 İyl, 2021
13:07
21168

İsmayıllıda toyda baş verən bıçaqlanmada polis də iştirak edib? - YENİLƏNİB + RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllıda keçirilən toy zamanı baş verən münaqişə ilə bağlı şahidlərinin izahatları alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, İsmayıllıda münaqişə zəminində iki qardaş, İlkin və Abuzər Tahirlinin bıçaqlanması faktı ilə bağlı hadisə şahidlərinin izahatları alınıb:

“Rayon polis şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən şəxsin şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən edilib. Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

M.Məsimov bildirib ki, xəbər saytlarında hadisə zamanı “Cavid Əhmədov” adlı İsmayıllı RPŞ-nin əməkdaşının həmin münaqişədə iştirak etməsi barədə əsassız və dəqiqləşdirilməmiş informasiyalar yayılıb:

“Qeyd edək ki, Post Patrul Xidmətində ümumiyyətlə həmin adda əməkdaş xidmət aparmır”.

11:31

İsmayıllı rayonunda keçirilən toy mərasimində öldürülən və yaralanan şəxslərin kimliyi bilinib.

Hüquq mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, hadisə zamanı 1991-ci il təvəllüdlü İlkin Tahirli və 1993-cü il Abuzər Tahirli yaralanıb. Onların atası Nəriman Səfərəliyev isə ürək tutmasından vəfat edib.

10:51

İsmayıllı rayonunda keçirilən toy mərasimi ölümlə bitib.

Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Belə ki, keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb. Daha sonra həmin mübahisə toy sahibinin evində davam edib.

Onları sakitləşdirmək istəyən bəy və onun qardaşı toya dəvət olunmayan şəxs tərəfindən bıçaqlanıb. 

Hər iki qardaş xəstəxanaya yerləşdirilib. 

Övladlarının bıçaqlandığını görən bəyin atasının vəziyyəti pisləşib. O, ürək tutmasından vəfat edib.

Qeyd edək ki, bəyin atası əvvəl də infarkt keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, faktla bağlı cinayət işi başlanılıb:

“Hadisəni törədən şəxsin İsmayıllı şəhər sakini Hafiz Ağayev olduğu müəyyən edilib. Hazırda da zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri