19 
İyl
2021
20:21
50
297
1861
Virtual karabakh

Lənkəranda iki narkoman qardaş oğurluğa əl atıb

19 İyl, 2021
20:21
1861

Lənkəranda iki narkoman qardaş oğurluğa əl atıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğurluq edən qardaşların üzərindən narkotik də aşkarlandı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Y.Babayevə məxsus rayonun Xarxatan kəndində yerləşən yaşayış evindən 4890 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdrmalarla onların Lənkəran rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş C.Hüseynov və qardaşı R.Hüseynov olduqları müəyyən edilib.

Saxlanılarkən hər birinin üzərindən iki bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Oğurladıqları əşyaların bir qismi isə onların saxladıqları yerdən aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri