19 
İyl
2021
13:40
212
30
5136
Virtual karabakh

İsti hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət etdi

19 İyl, 2021
13:40
5136

İsti hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələcəyi, bəzi ərazilərdə maksimal temperaturun 42-44 dərəcəyədək artacağı gözlənilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

FHN yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri