19 
İyl
2021
22:44
196
26
2141
Virtual karabakh

Hacıqabul sakininin evində silah və narkotik aşkarlandı - FOTO

19 İyl, 2021
22:44
2141

Hacıqabul sakininin evində silah və narkotik aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatlı saxlamaqda şübhəli bilinən rayon sakini Akif Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqça aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən A.Məmmədovla bir evdə olan tanışı Sabunçu rayonu Nardaran qəsəbə sakini Həsən Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri