20 
İyl
2021
13:33
147
22
2154
Virtual karabakh

Qurban bayramının əsl mahiyyəti nədir? - VİDEO

20 İyl, 2021
13:33
2154

Qurban bayramının əsl mahiyyəti nədir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün müsəlman aləmi müqəddəs Qurban bayramını qeyd edir.

Ölkəmizdə bu bayram rəsmi olaraq 1992-ci ildən qeyd olunur. Qurbanlıq heyvan alanlar bir sıra şərtlərə əməl etməlidir. Seçilən heyvanlar qoç, iribuynuzlu dana və ya dəvə olmalıdır. Qurbanlıq qoçun ən azı 6 aylıq, dananın 1 illik, dəvənin isə 5 illik olması vacibdir.

İlahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, imkanı olmayan insanların borc alıb, kredit götürüb və ya kimlərdənsə dəstək alıb qurban kəsməyinə ehtiyac yoxdur.

İlahiyyatçı onu da bildirib ki, Qurban kəsilərkən bayram namazını mütləq gözləmək lazımdır. Qurbanlıq namazdan sonra kəsilməlidir, əks halda bu, qurbanlıq deyil, heyvan kəsmək kimi qəbul olunacaq.

Bəzən insanlar quzu alıb, öz aralarında bölüşdürməklə, yaxud bazardan ət almaqla özlərini qurban kəsmiş kimi hiss edirlər. Lakin İslam dininə görə bu, qurbanlıq hesab olunmur.

Dini qaydalara görə, 7 nəfər yığışıb bir dananı qurban kəsə bilər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı 3 hissəyə bölmək mümkün olsun.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri