20 
İyl
2021
15:16
448
21
3188
Virtual karabakh

“TikTok”da narkotik vasitələri təbliğ edən şəxs saxlanıldı - VİDEO

“TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili video yayan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən Oxu.Az-a verilən məlumata əsasən, Masallı Rayon Polis Şöbəsi ilə birgə keçirilən tədbirlər nəticəsində narkotik vasitələri təbliğ edən Masallı rayon sakini Şahin Nuri müəyyən edilərək saxlanılıb.

Onunla profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib. Həmin şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib.

Qeyd edək ki, Ş.Nuri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Həmin şəxs məhkəmənin qərarı ilə 9 gün inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri