22 
İyl
2021
10:08
68
94
1871
Virtual karabakh

Şabranda restoran sahibi cərimələnib - FOTO

22 İyl, 2021
10:08
1871

Şabranda restoran sahibi cərimələnib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Yaşıl tac” şadlıq sarayında karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan 190 nəfərin iştirakı ilə toy şənliyinin keçirilməsi müəyyən edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan şadlıq evində qanunvericiliyin tələblərinə müvafiq olaraq obyektin sahibi Bəybala Allahyarov barəsində inzibati protokol tərtib edib və baxılması üçün məhkəməyə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri