22 
İyl
2021
13:32
21
116
1441
Virtual karabakh

Ötən sutka doqquz nəfər xilas edilib, iki nəfərin meyiti tapılıb

22 İyl, 2021
13:32
1441

Ötən sutka doqquz nəfər xilas edilib, iki nəfərin meyiti tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olman zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış və dörd halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində beşi azyaşlı olmaqla doqquz nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib.

Həmçinin, Novxanı kəndində dənizdə qeyri-çimərlik ərazidə batan 2000-ci il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində suda batan 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti xilasetmə qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri