22 
İyl
2021
12:08
52
161
1889
Virtual karabakh

Bərdədə pandemiya tələblərini pozan iki restoran sahibi CƏZALANDIRILDI

22 İyl, 2021
12:08
1889

Bərdədə pandemiya tələblərini pozan iki restoran sahibi CƏZALANDIRILDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən iki şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Soyuq Bulaq” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Sultan” şadlıq sarayında isə
COVID-19 pasportu olmayan şəxslərin məclisdə iştirakına şərait yaradıldığı aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri