22 
İyl
2021
15:00
466
15
2950
Virtual karabakh

Masallıda “patı” satışı ilə məşğul olan beş nəfər saxlanıldı

22 İyl, 2021
15:00
2950

Masallıda “patı” satışı ilə məşğul olan beş nəfər saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat tədbirləri ilə psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri F.Hacıyev, S.Quliyev, D.Əliyev, B.Mahmudov və R.Ağabalayev saxlanılıblar.

Keçirilən baxış zamanı həmin şəxslərin üzərindən ümumilikdə 13 bükümdə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri