22 
İyl
2021
15:24
16
257
2745
Virtual karabakh

Dörd il əvvəl Tufandağda həlak olan alpinistlərin xatirəsinə qoyulan lövhə oğurlanıb?

22 İyl, 2021
15:24
2745

Dörd il əvvəl Tufandağda həlak olan alpinistlərin xatirəsinə qoyulan lövhə oğurlanıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dörd il öncə Tufandağda həlak olan alpinistlərin xatirəsinə qoyulan lövhə oğurlanıb. 

Bu barədə sosial şəbəkədə paylaşım edilib. 

“Dostlarımız, alpinistlər Namin, Babur və Fəridənin xatirəsinə Tufandağın şimal ətəyində Mahmuddərədə bir lövhə quraşdırmışdıq. Bu gün xəbər tutdum ki həmin lövhə oradan oğurlanıb. Bu xəbər mənə çox pis təsir etdi, cəmiyyətimizdə ölülərə, qəbirlərə, xatirə yerlərinə, abidələrinə həmişə hörmət vardı, lövhəni quraşdıranda bu cür barbarlıqla rastlaşa biləcəyimizi ağlımıza belə gətirmədik. Bu gün bu inam sarsıldı, təəssüf ki...

Lövhə bürüncdən hazırlanmışdı, çox güman ki, metal yığan məntəqələrə satılıb və ya satılacaq. Tapılsa, onu metal məntəqədən pulu ilə alıb yenidən yerinə quraşdırmaq istərdik. Dostlar, xahiş edirəm, paylaşın ki, bunu edən şəxs görüb utansın və lövhə tapılıb yerinə qayıtsın”, - paylaşımda bildirilib.

Qeyd edək ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb və qar uçqunu nəticəsində həlak olublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri