22 
İyl
2021
16:02
260
19
2933
Virtual karabakh

Həyat yoldaşını və ailəsini ölümlə hədələyən şəxs tutuldu

22 İyl, 2021
16:02
2933

Həyat yoldaşını və ailəsini ölümlə hədələyən şəxs tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı Rayon Polis Şöbəsi əməkdaşların keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sabir Atlıxanov saxlanılıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib. 

O bildirib ki, iyulun 21-i səhər saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi kəndində yaşayan Lamiyə Muxtarova, həyat yoldaşı S.Atlıxanovun valideynlərinin yaşadığı Giləzi kəndinə gələrək özünü və valideynlərini ölümlə hədələyib.

Həmin vaxt L. Muxtarova da valideynlərinin yaşadığı evdə olub. Rayon Polis Şöbəsi əməkdaşları müraciətə operativ reaksiya verərək, dərhal hadisə yerinə gediblər.

Əvvəllər dəfələrlə məhkum olunmuş S.Atlıxanov polis əməkdaşlarını görərkən, özünə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən uzaqlaşmağa cəhd edib.

Lakin o, çox uzağa gedə bilməyib və polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman onun üzərindən bir ədəd bıçaq götürülüb. 

Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri