22 
İyl
2021
17:16
25
260
2663
Virtual karabakh

Ağdaşda evdə toy təşkil edənlər CƏRİMƏLƏNDİ - FOTO/VİDEO

22 İyl, 2021
17:16
2663

Ağdaşda evdə toy təşkil edənlər CƏRİMƏLƏNDİ - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Cardam kəndi ərazisində İsrail İsmayılova, Eymur kəndində Tofiq Musayevə məxsus yaşayış ünvanlarında keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirak etdiyi mərasim aşkarlanıb.

Həmin ev sahibləri ilə izahedici söhbətlər aparılıb və barələrində cərimə protokolları tərtib olunub.

Qarağan kənd sakini Əli İsmayılova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində də karantin rejimindən irəli gələn qayda və tələblər pozulduğu üçün toy sahibi barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri