22 
İyl
2021
18:24
39
163
2065
Virtual karabakh

Tərtərdə keçirilən şənlik mərasimində pandemiyanın tələbləri kobud şəkildə pozuldu - FOTO

22 İyl, 2021
18:24
2065

Tərtərdə keçirilən şənlik mərasimində pandemiyanın tələbləri kobud şəkildə pozuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Bayramov Seymur İlham oğluna məxsus “Yadigar” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri