22 
İyl
2021
23:05
94
783
10537
Virtual karabakh

Allahşükür Paşazadə hansı “fitvaya” məst olub?

22 İyl, 2021
23:05
10537

Allahşükür Paşazadə hansı “fitvaya” məst olub?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan dünyəvi, demokratik dəyərlərə əsaslanan dövlətdir. Bu, Respublikanın Konstitusiyasında təsbit edilib. Onun bu inkişaf yoluna mane olmaq istəyənlər də az deyil. Azərbaycanda din dövlətdən ayrıdır. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu məsələni bilərəkdən, yaxud təsadüfən səhv saldı. O, öz səlahiyyətini aşdı.

Qarabağ torpaqlarının qonşu İran dövlətinin ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin “fitvası” ilə azad olunduğunu deməklə dövlətinə hörmətsizlik edib. Azərbaycanın dostları da, düşmənləri də İranın Ermənistana münasibətindən xəbərdardır. Hamı yaxşı bilir ki, 44 günlük müharibə zamanı İran rəsmiləri və KİV Azərbaycana qarşı təxribatla məşğul olublar. Xüsusən, “Azərbaycan tərəfdən terrorçular döyüşür” fikirinin müəlliflərindən biri də İran hakimiyyəti, onun KİV-dir.

İşğal dövründə Qarabağdakı ermənilərə İrandan yanacaq və ərzaq ötürüldüyünü də heç kim unutmayıb. Belə olan halda Allahşükür Paşazadə hansı haqla İranın ali liderinin “fitva” verdiyini deməyə dili gəlir.

İranda din xadimləri xütbələrində Azərbaycanın ərazi bütövlüyündən danışmayıblar. Onlar “Qarabağ müsəlman torpağıdır” çoxmənalı ifadəsini işlədiblər.

İran müxtəlif beynəlxalq toplantılarda Ermənistanın işğalçı olduğunu göstərən sənədin əleyhinə səs versə də, Tehran-İrəvan görüşlərində bu məsələyə ümumi şəkildə toxunub, Azərbaycan rəsmiləri ilə görüşlərdə isə heç vaxt Ermənistanı işğalçı adlandırmayıb. Belə olan halda Xamənei necə fitva verə bilərdi? Allahşükür Paşazadə bu məsələdə niyə İran rəsmilərinə bəraət qazandırmaq istəyir?

İşğal dövründə ermənilər Qarabağdakı məscidləri dağıdan zaman, yaxud oranı heyvanların yataq yerinə çevirəndə Tehran hakimiyyəti və “fitva” verənlər səslərini də çıxarmadı. Şuşadakı Gövhər ağa məscidini İran bərpa adı ilə farslaşdırıb. Yaxud İrəvandakı Göy Məscid fars məscidi kimi təqdim edilib və Ermənistandakı İran Mədəniyyət mərkəzinin ofisinə çevrilib.

Fitvadan söz düşmüşkən Allahşükür Paşazadənin “hüzurunda” geninə-boluna ürək açıb danışdığı Ələkbər Ocaqnijatın fəaliyyəti haqda yaranan suallar da var… İranın ali lideri ayətullah Seyid Əli Xaməneinin nümayəndəsi Ələkbər Ocaqnijat Azərbaycan Respublikasında hansı statusla fəaliyyyət göstərir? Azərbaycanın İranda uyğun hansısa təmsilçiliyi varmı? Onun Azərbaycandakı fəaliyyəti beynəlxalq hüquqa ziddir.

İranı din xadimləri idarə edir. Çini də kommunistlər. Keçmiş SSRİ-də olduğu kimi, Çində də bu partiyanın yerli orqanları var. Tehranın məntiqi ilə gərək Çin hakimiyyəti də Azərbaycan üzrə partiyasının da nümayəndəliyini açsın, bu nümayəndəlik isə Azərbaycandakı kommunistlərə başçlıq və liderlik etsin.

İyulun 21-də baş verən hadisə onu göstərdi ki, Allahşükür Paşazadə Ocaqijatın müavini, yaxud köməkçisi rolunda çıxış edir. Ayətullah Seyid Əli Xaməneinin nümayəndəsinin davranışı və çıxşından belə göründü ki, Azərbaycandakı dindarların lideri, imamı Ocaqnijatdır. Xub! Əgər Ocaqnijat elə “fövqəl nümayəndədirsə”, niyə 30 ilə yaxın davam edən işğal dövründə bir dəfə də olsun Qarabağda vandalizmə məruz qalan məscidlərlə, mədəni abidələrlə bağlı fətva vermədi? Müharibə dövründə İrandan gizlin yolla Ermənistana silah-sursat daşınan zaman səsini çıxarmadı?

Yeri gəlmişkən, İslam Respublikasının “Part Saman Caal Ko” şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi (Yuxarı məscid) rekonstruksiya edilib. İşğal altında olan Azərbaycan torpaqlarında İran 30 ilə yaxın qanunsuz olaraq kənd təsərrüfatı ilə məşğul olub. İran İslam Respublikasının halallığı budurmu? Axı qəsb edilən ərazinin məhsulları haramdır…

Bütün bu maliyyə əməliyyatları İranın "Banke Melli İran”, "İran İslam Bankı”, "Keşavarazi Bankı”, "Ənsar Bank”, "Ayəndəh Bank”, "Banke Hekmətİranian”, "Banke Mellət”, "Banke Keshvəravazi”, "Banke Xalifəthijəmalad”, "Banke Saderat”, "Banke Sepah”, "Banke Tejaret”, "Banke Ghavamin”, "Banke Parsian”, "Banke Qharzolhasaneh Mehr”, "Banke Refah”, "Banke Pasargad”, "Banke Saman ATM”, "Banke Samen”, "Banke Sina”, "Banke Maskan”, "Banke Post”, "Banke Egthesade Novin”, "Banke Eqtesad Novin”, "Banke Touse Saderat” bankları tərəfindən həyata keçirilib. İranın 300-dən çox şirkətinin qondarma rejimilə belə səmimi münasibətinə səbəb nədir? “Fitva” verənlərin “müsəlman torpağını işğal altında” saxlayanlara yardımlarının əsasında nə durur?

İndi isə keçək daha detallı faktlara. Bu da Azərbaycan torpaqları işğal altında olarkən Ermənistanda qeydiyyatdan keçib Dağlıq Qarabağa sərmayə qoyan İran şirkətləri: “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).

İranın Azərbaycan “sevgisi” budurmu, ya şeyx?! İran yalnız müharibə bitənə yaxın əl-ayağa düşdü, Azərbaycana elçilər göndərməyə başladı. Allahşükür Paşazadə özünü və fikrini sığortalamaq üçün Türkiyənin Azərbaycan verdiyi siyasi, diplomatik dəstəyinin də üzərinə kölgə salmağa çalışıb. İşğalçılığına görə də Türkiyə Ermənistana qapılarını bağlayıb. Şeyx belə bir dövlətlə Türkiyəni necə müqayisə edə bilib? Bu axı, azından ədalətsizlikdir. Yoxsa, Allahşükür Paşazadə İran hakimiyyətini Azərbaycan ictimaiyyətinə sırımaq üçün məqam axtarıb?

Təəssüf ki, Azərbaycan vətəndaşı, dini ictimai birliyin başçısı, ictimai, dini xadim özünü başqa bir dövlətin təbliğatçısı kimi aparıb. Azərbaycanda İranın Ermənistana həyan olduğunu hər kəs bilir. Belə olan halda Paşazadə özünü “fitva” məsələsi ilə niyə yandırır?

Nəhayət, Azərbaycan əsgərinin, hərbçisinin, zabitinin, generalının, Ali Baş komandanının zəhmətini Paşazadə qonşu dövlətin liderinin adına yazmaqla özünü gizlədə bilməyib. Şəhid analarının, oğul-qızların, həyat yoldaşlarının göz yaşları ilə Allahşükür Paşazadənin başqa bir dövləti təbliğ etmək üçün alver etməsinə nə ad vermək olarsa, o adı Azərbaycan ictimaiyyəti verəcək.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri