23 
İyl
2021
21:32
315
21
2625
Virtual karabakh

Meşədə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

23 İyl, 2021
21:32
2625

Meşədə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çiləgir kəndinin sakini Abil Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə, həmin şəxsin yaşadığı Çiləgir kəndi yaxınlığında meşə zolağına baxış keçirilən zaman onun əkib yetişdirdiyi 46 ədəd yaş, 9 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri