23 
İyl
2021
20:23
20
183
4966
Virtual karabakh

Şüvəlan-Zirə avtomagistralında böyük təhlükə - VİDEO

Şüvəlan-Zirə avtomobil yolunda həftədə bir neçə dəfə yol nəqliyyat hadisəsi baş verir. Məlumat üçün bildirək ki, bu yolda sürət həddi 100 km/saat müəyyən edilib. 

Qeyd edək ki, bu dairəyə girən sürücülər ilk növbədə gözləməli, baş yolun boş olduğunu gördükdən sonra yollarına davam edə bilərlər. Elə ən çox da çaşqınlıq məhz bundan yaranır. 

Əslində sürücülər üçün burda nə çaşdırıcı yol nişanəsi, nədəki aydın olmayan məqam var. Sadəcə belə yol ayrıclarında diqqətli olmaq kifayət edir ki, yoluna təhlükəsiz davam edəsən. 

Amma son günlər burda baş verən qəzalar, piyada vurma hallarının statistikası ərazini təhlükəli yollar siyahısına salıb. Sürücülər 100 km/saat müəyyənləşdirilən bu avtomagistralda dairəyə yaxın yerdə ya işıqforun quraşdırılmasını, ya da piyadalar üçün yerüstü keçidin tikilməsini istəyir. 

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri