23 
İyl
2021
22:31
326
30
3480
Virtual karabakh

Biz də tanıyaq: Dünya şöhrətli həkim-alim “YAŞAT” Fonduna da töhfəsini verir

“YAŞAT” Fondunun Müşahidə şurasının üzvü Məsud Aşina dünyada baş ağrıları üzrə top expertdir.

Məsud Aşina 1965-ci ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1988-ci ildə oranı bitirdikdən sonra təcili yardım üçün internatura keçib. 1989-cu ildə qardaşı Səidlə birlikdə Danimarkaya köçüb.

2003-cü ildə doktorluq dərəcəsini alıb. 2006-cı ildə Kopenhagen Universitetində nevrologiya kafedrasının dosenti olub və universitet klinikasında işləməyə başlayıb. 2014-cü ildə Danimarka Milli Xəstəxanasında və Kopenhagen Universitetində Nevrologiya professoru adını alıb.

Onun tədqiqatının bir hissəsi miqren üçün yeni müalicə üsullarını təyin etməyə, həmçinin, baş ağrısı tutmalarını tətikləyən prosesləri izləməyə, xəstələrdə miqren meydana gətirən səbəbləri müəyyən etməyə yönəlib. 

2017-ci ildə Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin (International Headache Society) növbəti prezidenti seçilib. “Migrenin patofiziologiyası” kitabının və beynəlxalq tibbi nəşrlərdə baş ağrısı və miqrenlərə dair 400-dən çox məqalənin müəllifidir.

M.Aşina, həmçinin ictimai fəaliyyətdə də fərqlənib. 8 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə M.Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibinə daxil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri