24 
İyl
2021
01:07
61
246
2483
Virtual karabakh

Balakəndə yol polisi reyd keçirib – FOTO

24 İyl, 2021
01:07
2483

Balakəndə yol polisi reyd keçirib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərə, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən, digər qayda pozuntularına yol verən şəxslərə qarşı reyd keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Yol polisləri onlara avtobuslarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumat veriblər. Aparılan izahedici söhbətlərə və xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati tənbeh tədbirləri görülüb.

Yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı da nəzarət-profilaktik tədbir keçirib. Onların barəsində cərimə protokolu tərtib olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri