24 
İyl
2021
15:14
69
224
2177
Virtual karabakh

Karantin qaydalarını pozan restoran sahibi cəzalandırıldı

24 İyl, 2021
15:14
2177

Karantin qaydalarını pozan restoran sahibi cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı “Modern Park” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı sarayın inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri