24 
İyl
2021
18:10
50
546
2849
Virtual karabakh

Zibillik içində “üzən” Sulutəpə: Pandemiya zamanı bu rəzil mənzərə sakinləri narahat edir - YENİLƏNİB + FOTO

Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakinlərinin şikayəti təmin edilib.

Bu barədə Binəqədi Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində mütəmadi olaraq məişət tullantılarının daşınması prosesi davam edir: “Adı çəkilən ünvanda məişət tullantıları ilə bağlı problem Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin avtomobillərində baş verən texniki nasazlıq səbəbilə yaranmışdı. Hal-hazırda problem öz həllini tapıb”.

13:45

Bir müddətdir ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakinləri ətrafda yaranmış ürəkbulandırıcı mənzərədən əziyyət çəkir.

Oxu.Az-ın redaksiyasına müraciət edən Yuxarı Sulutəpə, Ətçilik adlanan ərazinin sakinləri ətrafdakı mənzərəni görməkdən bezdiklərini bildiriblər.

Onların sözlərinə görə günlərdir boşaldılmayan zibil qutularının ətrafı üfunət qoxur.

Sakinlər bildirir ki, zibil qutuları dolduqca insanlar məcbur olub zibilləri yerə atır: “Pandemiya zamanı belə mənzərənin olması bizi xüsusilə narahat edir. Havalar olduqca istidir və bu da zibil iyinin daha da yayılmasına səbəb olur. Küləkli hava olduqda isə vəziyyət daha da acınacaqlı olur. Evlərimizdə qoxudan otura bilmirik. Uşaqlarımız çöldə oynaya bilmirlər”.

Qeyd edək ki, Oxu.Az-ın redaksiyasına dəfələrlə Sulutəpə qəsəbəsində yerləşən zavodun ətraf küçələrindəki zibilliklərlə bağlı şikayətlər daxil olub. Lakin onların səsinə səs verən qurum tapılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri